"Naxçıvan Gənclər Debat Forumu: Yaz, 2024"-ün bağlanış mərasimi keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir Naxçıvan Dövlət Universitetində (NDU) reallaşıb. Bağlanış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, NDU-nun, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin rəhbər və nümayəndələri, Naxçıvan Regional Debat Mərkəzinin, o cümlədən gənclər sektorunun təmsilçiləri iştirak ediblər.
Layihə çərçivəsində qalib komanda kubokla, fərqlənən gənclər sertifikatla mükafatlandırılıb. Tərəfdaşlıq edən təşkilatlara və sponsorlara təşəkkürnamə təqdim edilib.